Skip to main content

Online Kurslar

Öz biliklərinizi təhlükəsizlik sahəsində inkişaf etdirin!

(Yaxında Udemy kursları yüklənəcəkdir)

2015dən günümüzə

Artıq 10 ildir ki, Azərbaycanda Linux sistemləri üzrə bilik və təcrübəmi paylaşaraq bu sahənin inkişafına töhfə verməyə çalışıram. İlk gündən məqsədim texniki məlumatları azərbaycanca və hamının anlayacağı dildə izah etmək olub. Bloq yazılarımla yanaşı sosial media platformalarında da mütəmadi paylaşım edirəm. İllər ərzində yüzlərlə məqalə, təlimat və nümunə hazırlamışam. Əsas diqqətim praktiki və real iş mühitində istifadə olunan mövzulara yönəlib. Linux sistemi, açıq mənbə anlayışı, təhlükəsizlik konfiqurasiyaları və başqa bir çox sahələrdə yazılarımı geniş auditoriyaya çatdırmağa çalışmışam. Oxuculardan gələn suallar və rəylər əsasında da məqalər hazırlanmışdır. Məqsəd yalnız öyrətmək deyil, həm də öyrənmək və bu bilikləri birlikdə inkişaf etdirməkdir. Azərbaycanca texniki kontentin sayının artması üçün bu fəaliyyətə davam edəcəyəm. İndi isə bu bilikləri kurslar və daha geniş platformalar üzərindən paylaşmağa davam edirəm.

 

Qoşula bilərsiniz...:)

Öncədən də məqalə, video göndərən yoldaşlar vardı, sizin də istər linux, istər kibertəhlükəsizlik haqqında məqaləniz və ya videonuz varsa, göndərərək Azərbaycanda bu sahənin inkişafına töfhə verə bilərsiniz. 

Əlaqə üçün

Əgər hər hansı sualınız, təklifiniz və ya əməkdaşlıq istəkləriniz varsa, mənimlə əlaqə saxlamaqdan çəkinməyin. Aşağıdakı forma və ya təqdim olunan e-poçt vasitəsilə rahatlıqla yazışa bilərsiniz. Sizinlə tanış olmaqdan məmnun olaram.

Bloqumuza göz gəzdirin.

Linux və kibertəhlükəsizlik dünyasına baxış.