Tallin Manual

          

Tallin Manual nədir?

Tallin Əl Kitabı (Tallin Manual), 20dən artıq beynəlxalq hüquqşünasın təxminən 3 illik əməklərinin nəticəsi olaraq ərsəyə gətirilən və NATO Kiber Müdafiə internet saytında yayımlanan əsərdir.

        Əl kitabında, hücum çəkmə hüququ (jus ad bellum) və muharibə qaydalarını (jus in bello) tənzimləyən beynəlxalq qaydaları kiber mühitə uyğunlaşdıran 95 maddə ələ alınmışdır. Mövzubəhs prosesə Qırmızı Xaç Beynəlxalq Komitəsi, NATO və ABŞ Kiber Komandirliyi də nəzarət etmişdir. Kitabda cari beynəlxalq qaydaların kiber mühitdə necə tətbiq ediləcəyinə dair şərhlər mövcud olub, əlavə qanun maddəsi tövsiyə olunmamaqdadır.

        Tallin Əl Kitabçasından nümunə hökmlər:

  • Kiber hücumlar istər hücum, istərsə də müdafiə istiqamətli olsun, insanların yaralanmasına, ölməsinə və əşyaların, cihazların zərər görməsinə və ya məhvinə səbəb olan kiber hərəkatlardır.
  • Dövlət, hakimi olduğu bölgə üzərindəki kiber infrastruktur və fəaliyyətləri idarə, nəzarət edə bilər.
  • Dövlət, hakimi olduğu bölgə və ya idarəsi altındaki kiber mühitdən başqa bir dövləti mənfi və ya hüquqa zidd şəkildə təsir edəcək fəaliyyətlər edilməsinə bilərək icazə verməz.
  • Dövlət, özü ilə əlaqələndiriləcək və ya beynəlxalq məsuliyyətin tapdalanmasına səbəb olacaq bir kiber hərəkat üçün beynəlxalq aləmdə hüquqi məsuliyyət daşıyır.
  • Kiber hücumun bir dövlətə aid kiber infrastrukturdan gəlməsi, hücumlardan o dövlətin birbaşa məsul görülməsinə tam dəlil ola bilməz, ancaq hücumlarla mövzubəhs dövlətin əlaqədar olduğuna bir işarədir.
  • Kiber hücumların bir dövlətin kiber infrastrukturu üzərindən idarə edilərək, istiqamətləndirilərək tətbiq edilməsi, əlaqədar ölkənin hücumlarla əlaqədar olduğuna kifayət qədər dəlil təşkil etməz.
  • Beynəlxalq hüquq normalarına uyğun olmayan bir hərəkat səbəbindən zərər görən bir dövlət, məsul dövlətə qarşı kiber müdafiələr də daxil olmaq üzrə eyni nisbətdə qarşılıq verə bilər.
  • Ölçüsü və təsirləri baxımından silahlı hücum olaraq təyin edilə biləcək bir kiber hücuma qarşı, hücuma məruz qalan dövlətin özünü müdafiə haqqı vardır.
  • Sıravi vətəndaşların kiber hücuma qoşulması qadağan edilə bilinməz ancaq bu vəziyyətdəki vətəndaşların, gələn hücumlara qarşı müdafiə olunması vəziyyəti aradan qalxar.
  • Sıravi vətəndaşlara və mülki infrastrukturlara qarşı kiber hücum qadağandır.
  • Hədəfin sıravi vətəndaş olduğuna dair şübhə varsa, vətəndaş olaraq qəbul edilir.
  • Kiber hücumlar, silahlı qüvvələr mənsublarına, silahlı qrup üzvlərinə, hücum fəaliyyətində iştirak edən vətəndaşlara qarşı tətbiq edilə bilinər.
  • Həm hərbi, həm də mülki məqsədlərlə istifadə edilən obyektlərə kiber hücum çəkilə bilinər.
  • Silahlı Qarşıdurma Hüququnda bildirilən obyektlərə kiber bubi tələləri yerləşdirilə bilinməz.
  • Silahlı qarşıdurma zamanı kiber cəsusluq və ya digər məlumat toplama fəaliyyətləri, Silahlı Qarşıdurma Hüququna zidd düşməz.

Əlavə məlumat üçün buraya keçid edə bilərsiniz.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top