Haqqımızda

“Linux” sahəsi üzrə bir çox səhifə, veb sayt, forum varkən, əlavə yeni bir saytın ortaya çıxmasına nə ehtiyac var deyə düşünə bilərsiniz. Biz isə, bütün bu düşüncələri artıq bir kənara atacaq, nəzərdən qaçmayacaq dərəcədə yeni, rəngarəng, müxtəlif düşüncə və ideyaların cəmləşdiyi, sadəcə sayt anlayışından ibarət olmayan, uzun zamandır şuüraltında gəlməsi gözlənilən ortaq dəyərlərin birləşdiyi bir “Community”, bir birlik qurumu ərsəyə gətirdiyimizi sizə bildirmək istəyirik.

Missiyamız, baxışımız, yönümüz, duruşumuz nədir, necədir, nə və kim üçündür?

Biz, ticarət düşüncələri ilə məlumatların məxfi saxlanıldığı “dünyada”, bunun əksi ilə – yəni açıq “dünyanı” sizin önünüzə sərərək, bu sahədə ilk addım atanlardan – bütün ömrünü bu işə həsr etmiş professionallara qədər hamının bir-biri ilə məlumat mübadiləsi apara biləcəyi, yardımlaşacağı, faydalanacağı, düşüncə və ideyalarını təqdim edərək lazımi kömək və məsləhətlərin alacağı bir birlik, bir qurum formalaşdırmaq qərarına gəldik. İnsanların bu sahədə həyata keçirmək istədiyi bir çox ehtiyaclarının olduğunu gördük və bu yöndə ilk addım atmağı özümüzə bir borc bilərək bir “Community” qurmağa qərar verdik və qurduq.

Planlanmış mərhələlərlə bir çox yeniliyin bir arada cəmlənməsini təmin etməklə başladığımız bu yolda, tədricən böyüyərək, “Açıq mənbə dünyası”nın hər “qarışını” əhatə edəcək bir layihəyə başladıq.

“Linux”un yəni ucsuz-bucaqsız genişlənən bir “okean”dan faydalanmağı, istifadəni, “dərinlik”lərini öyrənməyi, öyrətməyi, geniş kütləyə yayımlamağı qarşımıza məqsəd qoyduq və həmin məqsədə çatmaq üçün hərəkətə keçdik.  

“Pre-alfa” olaraq müəyyən etdiyimiz bu ilkin mərhələdə, məlumat toplusunun tərəfimizdən yayımlanmasını nəzərdə tutaraq, qısa müddət sonra əsas, yəni istifadəçilər tərəfindən qarşılıqlı fikir alış-verişinin başladılacağı mərhələyə keçməyi planlaşdırırıq. Uzun və çox əziyyət tələb edən bu yola girdik və inanırıq ki, bu “Community”ə qoşulacaq hər kəslə bərabər böyük uğurlara imza atacağıq.

 

Admin - 2016