Cards

Linux sistemlərdə ekran görüntüsünün qeydi üçün nəzərdə tutulmuş 8 Screen Recorder

Masaüstü sessiyalarında mühim vəziyyətlərin görüntü olaraq qeyd edilib, saxlanması artıq geniş yayılmış bir hal alıb. İstər hansısa oyunun çətin hissəsinin qeydi olsun, istər video dərs, necə edilir məqaləsi və ya hər hansı başqa bir fəaliyyətlə əlaqədar masaüstünün görüntü qeydlərini aparmaq istəyirsinizsə, aşağıda tövsiyə edəcəyimiz tətbiqlər sizə bu barədə köməklik edəcəkdir.

1. SimpleScreenRecorder

SimpleScreenRecorder proqramı sizə, digər proqramların, oyunların və s. ekran görüntülərini qeyd etməyiniz üçün gözəl imkanlar yaradır. İstifadəsi sadə bir interfeysə malikdir amma güclü və zəngin ekran qeyd edicidir.

Nəzərə çarpan xüsusiyyətlərindən bəziləri bunlardır:

  • Qt əsaslı bəsit GUİ
  • Ekranın bütün və ya istənilən bir hissəsini qeyd edə bilir
  • OpenGL tətbiqlərindən birbaşa qeyd aparar
  • Keyfiyyətli səs və video sinxronizasiyası
  • Yavaş komputerlər üçün video kadr sürətinin azaldılması imkanı
  • Dayandırma və davam etdirmə xüsusiyyətləri dəstəyi
  • Qeyd ərəfəsində statistikanın göstərilməsi
  • Qeyd ərəfəsində ilkin baxış imkanı
  • Həssas zavod tənzimləmələri adətən heç bir şeyi dəyişdirməyinizə ehtiyac hiss etdirmir və s.

Quraşdırma və istifadə qaydaları üçün bizim SimpleScreenRecorder ilə əlaqədar daha geniş olan məqaləmizə nəzər yetirə bilərsiniz: https://datasec.az/article/88/

Proqramın ana səhifəsi: http://www.maartenbaert.be/simplescreenrecorder/

 

2. recordMyDesktop

recordMyDesktop yüngül olduğu qədər də güclü Linux masaüstü qeyd etmə proqramıdır, istifadəçilərə səs və video keyfiyyətini dəyişmək də daxil olmaqla bir çox maraqlı xüsusiyyətlər təqdim edir. Terminal vasitəsilə də qeyd aparmağı işə sala bilərsiniz.

Əlavə olaraq, az miqdarda təməl funksiya və birbaşa istifadəçi seçimi olan, HD video qeyd etməyi və daha artığını dəstəkləyən təmiz GUİ ilə gəlir. Hər nə qədər yaxşı işləsə də, böyük məhdudiyyətləri var, bunlar məhdud Theora video və Vorbis səs formatlarıdır.

Proqramın ana səhifəsi: http://recordmydesktop.sourceforge.net/

3. Vokoscreen

Vokoscreen, videonu və səsi bir çox formatlarda qeyd edə bilən keyfiyyətli proqramlardan biridir.

Bəzi maraqlı xüsusiyyətləri də özü ilə gətirir:

  • Ekranın bütün və ya istənilən hər hansı bir hissəsinin qeydinin aparılması
  • Qeyd ərəfəsində veb kameraya giriş imkanı
  • Hər hansı tətbiq pəncərəsinin qeyd edilməsini dəstəkləyir
  • Seçilən sahənin böyüdülməsi və s.

Proqramın ana səhifəsi: http://www.kohaupt-online.de/hp/

 

4. ScreenStudio

Screenstudio, Linux istifadəçilərinə HD video fayllarının qeyd edilməsini təmin edən güclü ekran qeyd proqramlarındandır. Linux və Mac OS X üzərində işləyir və aşağıdaki komponendlərə malikdir:

  • Video və səs qeydlərinin dəstəyi
  • Video üzərinə mətn və veb kameraya qoşulma
  • Masaüstü sessiyalarının Twitch.tv, Ustream vəya Hitbox axınına imkan
  • Ffmpeg ətrafında qurulma
  • Mp4, flv və s. daxil olmaqla bir çox müxtəlif video formatların dəstəyi

Proqramın ana səhifəsi: http://screenstudio.crombz.com/

 

5. Kazam Screencaster

Kazam, Linux masaüstündə istifadə edə biləcəyiniz bəsit amma güclü ekran qeyd edicidir, ekran məzmunlarını, video fayllar və dəstəklənən səs giriş cihazlarından qeydlər aparar.

Artıq bunu Universal Ubuntu bazalarında tapa bilərsiniz. Ubuntunun bazalarının son buraxılışlarını gözləməmək üçün stable PPA istifadə edə bilərsiniz.

Bəzi maraqlı ola biləcək xüsusiyyətlər:

  • VP8 və ya WebM formatlarında qeydlərin aparılması
  • Videoların Youtube-a birbaşa ixracı
  • İstifadəçilərə başlıq və açıqlama kimi mətn əlavələrinin dəstəyi
  • Bəsit GUİ və s.

Proqramın ana səhifəsi: https://launchpad.net/kazam
 

6. Byzanz-record

Byzanz-record, Linux üçün güclü mətn-əsaslı ekran qeyd edicidir, terminalla işləməyi xoşlayanlar üçün yuxarıda bəhs etdiyimiz ekran qeyd edicilərə əla alternativ ola bilər.

Bəzi müstəsna xüsusiyyətləri ilə gəlir: istifadəçilərin masaüstü görüntülərini animasiyalı GIF faylları olaraq qeyd edə bilir, ekranın bütün və ya istənilən hər hansı bir hissəsini və ya istənilən tətbiqin pəncərəsini qeyd edə bilir.

Qeyd etmə funksiyalarını birbaşa terminaldan da işə salmaq mümkündür, ancaq GUİ istifadə edənlər isə, artıq paneldən tətbiqi işə salmalı olacaqlar. Alətin istifadəsinə dair daha ətraflı məlumat üçün aşağıdaki əmrlə bələdçi səhifələrinə baxa bilərsiniz:

$ man byzanz

7. VLC Media Player

VLC, ekran qeyd etməkdən daha artıq funksionallığa malik proqramdır. Linux, Windows və Mac OS X üzərində işləyən populyar, pulsuz, açıq mənbəli və cross-platform media oxuducudur.

VLC bir çox (demək olar ki, bütün) video və səs formatını dəstəkləyir, eyni zamanda zəngin xüsusiyyətlərə də malikdir və bu maraqlı xüsusiyyətlərdən biri də ekran sessiyalarını qeyd edə bilməsidir. Bu səbəblə, Linux masaüstündə ekran qeyd edici olaraq istifadə edə bilərsiniz.

Proqramın ana səhifəsi:  http://www.videolan.org

 

8. OBS (Open Broadcaser Software)

OBS pulsuz, açıq mənbə və cross-platform video qeyd və axın (stream) tətbiqidir. Linux, Windows və Mac OS X üzərində işləyə bilir.

Bəzi güclü xüsusiyyətlərə malikdir və diqqətəlayiq xüsusiyyətlərə aşağıdakilər aiddir:

  • H264 və AAC istifadə edərək kodlaşdırmanı dəstəkləyir
  • Intel QSV və NVENC dəstəyi
  • Sərhədsiz sayda səhnə və giriş mənbələrini dəstəkləyir
  • Faylların MP4 və ya FLV formatlarında qeyd edilmə dəstəyi
  • Sessiya qeydləri ərəfəsində veb kameraya çıxışa, kartlara və s. dəstəkləmək
  • Pluginlər vasitəsilə böyük ölçüdə genişləndirilə bilinir, təkmilləşdiricilər API-lərdən istifadə edərək öz pluginlərini və s. kodlaya bilirlər.

Proqramın ana səhifəsi: https://obsproject.com

 

Mənbə: Techmint

13.02.2020 22:15
alliswell

blog comments powered by Disqus