Cards

Can qurtaran auto scriptlərimiz

Bəzən elə olur ki, sistemə hər daxil olduğumuzda təkrar-təkrar müəyyən standart əmrləri daxil etməli oluruq. Buna misal olaraq bəzən Kali Linuxda yaranan səs problemini göstərə bilərəm. Sistemə hər daxil olduğumda (ola bilsin ki, səs kartına görədir) terminaldan sudo pulseaudio -D əmrini yerinə yetirməli oluram ki, səs driveri aktiv hala keçsin. Bu isə bir müddətdən sonra həm yorucu, həm də bezdirici olur. Hər dəfə bu prosesi təkrar-təkrar etməmək, sistemin bunu açılışda özü etməsi üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır (Kali Linux üzərində test etmişəm):

 

1) İlk öncə bir test.sh faylı yaradırıq. İçinə bezdirici olan əmrləri alt-alta daxil edirik. Və bu faylı sistemin istənilən yerində yadda saxlayırıq (yaxşı olar ki, əldən-gözdən uzaq qovluqlarda saxlayasınız, məs. /home/scripts və s.). Məs. mən sudo pulseaudio -D əmrini əlavə etdim.

2) Yaratdığımız bu fayla icra oluna bilmə səlahiyyəti veririk:

sudo chmod +x test.sh

3) Terminalı açıb /root/.config/autostart/ papqasına daxil oluruq. Burada myscript.desktop adında bir fayl yaradıb içərisinə aşağıdakıları daxil edirik:

[Desktop Entry]

Name=MyScript

GenericName=A descriptive name

Comment=Some description about your script

Exec=/root/Scripts/test.sh (2-ci addımda yaratdığımız script faylının yolunu buraya qeyd edirik)

Terminal=false

Type=Application

X-GNOME-Autostart-enabled=true

 

save edib çıxırıq. Artıq hər dəfə OS açılışında desktop gnome yükləndiyində bizim script faylımız avtomatik olaraq çalışacaq və içərisində yazılı olan əmrləri icra edəcək.

Yazar: Alim Babazade

23.04.2020 19:31
alliswell

blog comments powered by Disqus