Cards

Parrot Linuxda klaviatura dilinin dəyişdirilmə kombinasiyası

Ev şəraitində Parrot Linux istifadə edərkən həm ingilis, həm azərbaycanca dillərinə ehtiyac olduğu üçün klaviaturada iki dili də aktiv etdim, ancaq bu dilləri ekrandaki yuxarı paneldən dəyişmək mümkün idi, klaviatura kombinasiyası (həmişə öyrəşdiyimiz ALT+SHİFT) yox idi. Bu kombinasiyanı quraşdırmaq üçün iki üsul göstərəyəcəm:

1. Fayl daxilində dəyişiklik

Bunun üçün əvvəlcə terminalda aşağıdaki əmri verərək, klaviatura tənzimləmələri edəcəyimiz faylı nano redaktor ilə açırıq:

sudo nano /etc/default/keyboard

Faylı açdıqdan sonra aşağıdaki parametrləri oraya əlavə edirik (burada nümunə olaraq ingiliscə və azərbaycanca dilləri göstərilmişdir):

 XKBLAYOUT="us,az"
 XKBOPTIONS="grp:alt_shift_toggle"

əlavələri etdikdən sonra   CTRL+O   --->>  enter  --->>   CTRL+X ...

 

2. Terminal vasitəsilə kombinasiya əlavə etmək:

Bu üsulda isə, hər hansı bir faylı açmağa ehtiyac yoxdur, terminal üzərindən verəcəyimiz əmrlə birbaşa kombinasiyanı əlavə etmiş olacağıq:

setxkbmap -layout us,az -option grp:alt_shift_toggle

 

21.11.2019 19:51
alliswell

blog comments powered by Disqus