Cards

Veb saytın aktiv olub olmamasını terminalda yoxlamağın 6 üsulu

Bu məqalə sizə Linux terminalda veb saytın aktiv olub olmamağı barədə məlumat verəcəkdir. Yəqinki bir çoxunuz bu haqda bəzi əmrlərdən xəbərdarsınız, məsələn, ping, curl və wget kimi. Ancaq biz buna bir neçə əmr də əlavə etdik. Eyni zamanda, tək və ya bir neçə host üçün informasiya almağınıza yarıyacaq bəzi seçimlər də əlavə etdik.

Yox, əgər siz cari vaxtda hansısa veb saytın deaktiv olması zamanı xəbərdarlıq almaq istəyirsinizsə, bunun üçün monitorinq alətlərindən istifadə edə bilərsiniz.

1. Fping əmrindən istifadə edərək veb saytın yoxlanılması.

Fping özü də ping kimi bir proqramdır, ICMP sorğularından istifadə edərək hədəfin cavab verib-vermədiyini müəyyənləşdirir.

Fping-in pingdən fərqi var və istifadəçinin eyni vaxtda bir neçə hosta sorğu göndərməsinə imkan yaradır. Eyni zamanda, tekst faylından hostlar da daxil edə bilərik.

# fping datasec.az linuxtechnews.com google.com

datasec.az is alive
linuxtechnews.com is alive
google.com is alive

 

2. http əmrindən istifadə edərək yoxlamaq.

# http 2daygeek.com

HTTP/1.1 301 Moved Permanently
CF-RAY: 535b66722ab6e5fc-LHR
Cache-Control: max-age=3600
Connection: keep-alive
Date: Thu, 14 Nov 2019 19:30:28 GMT
Expires: Thu, 14 Nov 2019 20:30:28 GMT
Location: https://2daygeek.com/
Server: cloudflare
Transfer-Encoding: chunked
Vary: Accept-Encoding

 

3. curl əmrindən istifadə edərək veb saytın aktivliyini yoxlamaq.

curl əmri dəstəklənən protokollardan (DICT, FILE, FTP, FTPS, GOPHER, HTTP, HTTPS, IMAP, IMAPS, LDAP, LDAPS, POP3, POP3S, RTMP, RTSP, SCP, SFTP, SMTP, SMTPS, TELNET and TFTP) istifadə edərək serverə və ya serverdən informasiyanın ötürülməsinə yarayan alətdir. Buradaki keçiddən istifadə edərək curl haqqında yayımladığımız geniş məqalə ilə tanış ola bilərsiniz.

# curl -I https://www.magesh.co.in

HTTP/2 200
date: Thu, 14 Nov 2019 19:39:47 GMT
content-type: text/html
set-cookie: __cfduid=db16c3aee6a75c46a504c15131ead3e7f1573760386; expires=Fri, 13-Nov-20 19:39:46 GMT; path=/; domain=.magesh.co.in; HttpOnly
vary: Accept-Encoding
last-modified: Sun, 14 Jun 2015 11:52:38 GMT
x-cache: HIT from Backend
cf-cache-status: DYNAMIC
expect-ct: max-age=604800, report-uri="https://report-uri.cloudflare.com/cdn-cgi/beacon/expect-ct"
server: cloudflare
cf-ray: 535b74123ca4dbf3-LHR

 

Əgər sadəcə HTTP vəziyyəti barədə məlumat əldə etmək istəyirsinizsə aşağıdaki əmrdən istifadə edə bilərsiniz:

# curl -I "www.magesh.co.in" 2>&1 | awk '/HTTP\// {print $2}'
 200

 

Əgər bash skriptlə verilmiş veb saytın aktivliyini yoxlamaq istəyirsinizsə buyurun:

# vi curl-url-check.sh

#!/bin/bash
if curl -I "https://www.magesh.co.in" 2>&1 | grep -w "200\|301" ; then
    echo "magesh.co.in is up"
else
    echo "magesh.co.in is down"
fi

 

Yuxarıdaki skripti fayla əlavə edib, aşağıdaki çıxarışı görə bilərsiniz:

# sh curl-url-check.sh

HTTP/2 200
magesh.co.in is up

 

Bir neçə veb saytın vəziyyəti barədə məlumat əldə etmək üçün isə növbəti skriptdən istifadə edə bilərsiniz:

# vi curl-url-check-1.sh

#!/bin/bash
for site in www.google.com google.co.in www.xyzzz.com
do
if curl -I "$site" 2>&1 | grep -w "200\|301" ; then
    echo "$site is up"
else
    echo "$site is down"
fi
echo "----------------------------------"
done

 

Eynilə bu skripti də fayla əlavə edib, aşağıdaki çıxarışı görə bilərsiniz:

# sh curl-url-check-1.sh

HTTP/1.1 200 OK
www.google.com is up
----------------------------------
HTTP/1.1 301 Moved Permanently
google.co.in is up
----------------------------------
www.xyzzz.com is down
----------------------------------

 

4. wget əmrindən istifadə edərək yoxlanış.

wget əmri (əvvəllər Geturl olaraq bilinirdi) pulsuz, açıq mənbə, HTTP, HTTPS, və FTPdən istifadə edərək terminal üzərindən endirmə imkanı verən alətdir.

# wget -S --spider https://www.magesh.co.in

Spider mode enabled. Check if remote file exists.
--2019-11-15 01:22:00--  https://www.magesh.co.in/
Loaded CA certificate '/etc/ssl/certs/ca-certificates.crt'
Resolving www.magesh.co.in (www.magesh.co.in)… 104.18.35.52, 104.18.34.52, 2606:4700:30::6812:2334, …
Connecting to www.magesh.co.in (www.magesh.co.in)|104.18.35.52|:443… connected.
HTTP request sent, awaiting response…
  HTTP/1.1 200 OK
  Date: Thu, 14 Nov 2019 19:52:01 GMT
  Content-Type: text/html
  Connection: keep-alive
  Set-Cookie: __cfduid=db73306a2f1c72c1318ad4709ef49a3a01573761121; expires=Fri, 13-Nov-20 19:52:01 GMT; path=/; domain=.magesh.co.in; HttpOnly
  Vary: Accept-Encoding
  Last-Modified: Sun, 14 Jun 2015 11:52:38 GMT
  X-Cache: HIT from Backend
  CF-Cache-Status: DYNAMIC
  Expect-CT: max-age=604800, report-uri="https://report-uri.cloudflare.com/cdn-cgi/beacon/expect-ct"
  Server: cloudflare
  CF-RAY: 535b85fe381ee684-LHR
Length: unspecified [text/html]
Remote file exists and could contain further links,
but recursion is disabled -- not retrieving.

 

Növbəti wget əmrindən istifadə edərək sadəcə HTTP statusu məlumatı əldə edə bilərsiniz:

# wget --spider -S "www.magesh.co.in" 2>&1 | awk '/HTTP\// {print $2}'
 200

 

Bash skriptdən istifadə edərək də veb saytın vəziyyətini yoxlaya bilərik.

# vi wget-url-check.sh

#!/bin/bash
if wget --spider -S "https://www.google.com" 2>&1 | grep -w "200\|301" ; then
    echo "Google.com is up"
else
    echo "Google.com is down"
fi

 

Skripti fayla əlavə edərək işə salaq:

# wget-url-check.sh

HTTP/1.1 200 OK
Google.com is up

 

Bir neçə veb saytın məlumatına baxmaq üçün:

# vi curl-url-check-1.sh

#!/bin/bash
for site in www.google.com google.co.in www.xyzzz.com
do
if wget --spider -S "$site" 2>&1 | grep -w "200\|301" ; then
    echo "$site is up"
else
    echo "$site is down"
fi
echo "----------------------------------"
done

 

Hazırladığımız skripti fayla əlavə edib, çıxarışa baxaq:

# sh wget-url-check-1.sh

HTTP/1.1 200 OK
www.google.com is up
----------------------------------
HTTP/1.1 301 Moved Permanently
google.co.in is up
----------------------------------
www.xyzzz.com is down
----------------------------------

 

5. lynx əmrindən istifadə edərək yoxlama aparmaq.

# lynx -head -dump http://www.magesh.co.in

HTTP/1.1 200 OK
Date: Fri, 15 Nov 2019 08:14:23 GMT
Content-Type: text/html
Connection: close
Set-Cookie: __cfduid=df3cb624024b81df7362f42ede71300951573805662; expires=Sat, 1
4-Nov-20 08:14:22 GMT; path=/; domain=.magesh.co.in; HttpOnly
Vary: Accept-Encoding
Last-Modified: Sun, 14 Jun 2015 11:52:38 GMT
X-Cache: HIT from Backend
CF-Cache-Status: DYNAMIC
Server: cloudflare
CF-RAY: 535fc5704a43e694-LHR

 

Yenə, eynilə sadəcə HTTP statusuna baxmaq üçün aşağıdaki əmrdən istifadə edək:

# lynx -head -dump https://www.magesh.co.in 2>&1 | awk '/HTTP\// {print $2}'
 200

 

Bash skriptdən istifadə edərək veb sayt vəziyyətini yoxlayaq, skripti yazaq:

# vi lynx-url-check.sh

#!/bin/bash
if lynx -head -dump http://www.magesh.co.in 2>&1 | grep -w "200\|301" ; then
    echo "magesh.co.in is up"
else
    echo "magesh.co.in is down"
fi

 

Skripti fayla əlavə edək və çıxarışa baxaq:

# sh lynx-url-check.sh

HTTP/1.1 200 OK
magesh.co.in is up

 

Bir neçə veb saytı yoxlamaq üçün skripti hazırlayaq:

# vi lynx-url-check-1.sh

#!/bin/bash
for site in http://www.google.com https://google.co.in http://www.xyzzz.com
do
if lynx -head -dump "$site" 2>&1 | grep -w "200\|301" ; then
    echo "$site is up"
else
    echo "$site is down"
fi
echo "----------------------------------"
done

 

Skripti fayla əlavə edib, işə salaq:

# sh lynx-url-check-1.sh

HTTP/1.0 200 OK
http://www.google.com is up
----------------------------------
HTTP/1.0 301 Moved Permanently
https://google.co.in is up
----------------------------------
www.xyzzz.com is down
----------------------------------

 

6. ping əmrindən istifadə edərək yoxlama aparaq:

ping əmri (Packet İnternet Groper-in qısaltması) şəbəkə alətidir, şəbəkədə hostun istifadəyə yararlılığını, əlaqənin olub-olmamasını yoxlamaq üçün istifadə olunan şəbəkə alətidir. Bu da ICMP echo sorğularıyla hostun vəziyyətini yoxlayır. Paket göndərişləri, paket itkiləri və s. haqda statistik nəticələri ümumiləşdirərək bizi məlumatlandırır.

# ping -c 5 example.com

PING example.com (104.27.157.177) 56(84) bytes of data.
64 bytes from 104.27.157.177 (104.27.157.177): icmp_seq=1 ttl=58 time=228 ms
64 bytes from 104.27.157.177 (104.27.157.177): icmp_seq=2 ttl=58 time=227 ms
64 bytes from 104.27.157.177 (104.27.157.177): icmp_seq=3 ttl=58 time=250 ms
64 bytes from 104.27.157.177 (104.27.157.177): icmp_seq=4 ttl=58 time=171 ms
64 bytes from 104.27.157.177 (104.27.157.177): icmp_seq=5 ttl=58 time=193 ms

--- example.com ping statistics ---
5 packets transmitted, 5 received, 0% packet loss, time 13244ms
rtt min/avg/max/mdev = 170.668/213.824/250.295/28.320 ms

 

7. Telnet istifadə edərək veb saytın aktivliyinin yoxlanılması.

Telnet əmri, digər hostlarla əlaqə qurmaq üçün TCP/IP şəbəkəsi üzərindən TELNET protokolu ilə işləyən köhnə bir alətdir. Digər cihazlarla 23cü port üzərindən əlaqə qurur.

Təhlükəsiz protokol deyildir və buna görə istifadəsi də məsləhət deyil, çünki şifrələnməmiş və hackerlər tərəfindən məlumat oğurlamaq üçün çox istifadə edilən bir protokoldur.

Telnet is not a secure protocol and is now not recommended to use because the data sent to the protocol is not encrypted and can be intercepted by hackers.

Demək olar ki, hərkəs telnet əvəzinə SSH istifadə edir, çünki təhlükəsiz və etibarlıdır.

# telnet google.com 80

Trying 216.58.194.46…
Connected to google.com.
Escape character is '^]'.
^]
telnet> quit
Connection closed.

 

05.12.2019 00:00
alliswell

blog comments powered by Disqus