Debian

Son yenilənmə tarixi : 7 Avqust 2019

Based Debian
Last Release 10
Category Desktop
Package Manager

DEBİAN ƏS HAQQINDA QISA MƏLUMAT...

1993-cü ildə Purdue Universitetindəki bir tələbə olan İan Murdock qurucusu olduğu Debianın “Debian Manifesto” adlı yazısında missiyasını və fəlsəfəsini izah etmişdir. Bu yöndə Debian internet üzərindəki ilk demokratik cəmiyyətlərdən birini təmsil etməkdədir. 1996-cı ildə İan Murdockun yeri Bruce Perensə keçərkən, İan Murdock hələ Debian içərisindəki vəzifələrinə davam edirdi.
Debian, Linux nüvəsini istifadə edən 100% azad bir əməliyyat sistemidir. 

Debian Əməliyyat Sistemini əmələ gətirən alətlərin çoxu GNU Proyektindən gəlməkdədir. Bu səbəblə Debian GNU/Linux olaraq adlandırılır. 
Debian Linux nüvəsilə bərabər fərqli nüvələr ilə də işləyə bilməyi təmin edəcək yürüdür. 

Gnu/Hurd: Hurd, (Mach kimi) bir mikro nüvənin üstündə işləyərək fərqli bir çox xüsusiyyət təqdim edən bir serverlər bütünüdür. Hurd, GNU proyekti tərəfindən ortaya çıxarılmış pulsuz bir programdır.

Gnu/NetBSD: NetBSD nüvəsinə uyğunluk göstərir.
Gnu/kFreeBSD: kFreeBSD nüvəsinə uyğunluq göstərir.

Debian fərqli əməliyyat sistemləri ilə birlikdə Alpha, Arm, HPPA, i386, AMD64, IA64, m68k, Mips, PowerPC, S390, Sparc kimi çox sayda avadanlıq platformasında da işləyə bilir. 

Debian sağlam və uzun müddət test edilmiş versiyalar təqdim edə bilmək üçün yeni versiya ortaya çıxarmaqda o qədər də tələsmir. Adətən 1-3 il arası müddət çəkir. Debianın hər versiyasına bir kod adı verilir. Debianın developerlərindən Bruce Perensin Disneyə aid filmlər hazırlayan bir şirkətdə işləməsinə görə Debian versiyalarına verilən adlar adətən Toy Story filmindən alınmışdır. Debianın versiyalarınıwww.debian.org saytından əldə edə bilərsiniz. Debianın strukturu baxımından eyni anda inkişaf etdirilməyə davam edən test və qərarsız versiyaları da vardır. 

Debianda özünə məxsus bir paket formatı olan .deb istifadə edilməkdədir. Paket idarəsi üçün alt səviyyədə dpkg və buna müşayiət edən bir sıra alətlə birlikdə, daha üst səviyyədə APT deyilən qabaqcıl bir paket idarə sistemi də mövcuddur. 

“Debian Proyekti” çərçivəsində dünyanın müxtəlif bölgələrindəki könüllülər tərəfindən hazırlanan Debian eyni zamanda Ubuntu, Mint, Backtrack (Kali), Knoppix, Libranet, Maemo, Pardus, Astra, Finnix və s. onlarla Linux distributivinə də qaynaq təşkil etməkdədir.


Home page: https://www.debian.org/
Documentation https://www.debian.org/doc/
Download https://www.debian.org/distrib/
Forum http://forums.debian.net/

blog comments powered by Disqus