Manjaro

Son yenilənmə tarixi : 1 Yanvar 2017

Based Əsas
Last Release 18
Category Desktop
Package Manager

MANJARO HAQQINDA:

Manjaro, heç bir asılılığı olmayaraq təkmilləşdirilən, Arch Linuxdan fərqli olsa da Arch Linux əməliyyat sistemi təməlli və istifadəçi dostu olan bir GNU Linux distributividir. Linux cəmiyyətində Arch Linux sürətli, güclü, yüngül olması və daima yenilənməsi ilə tanınır. Bununla bərabər, Arch Linux daha çox təcrübəli istifadəçilərə xitab edən bir quruluşa sahibdir və bu haqda texniki bacarıqlara sahib istifadəçiləri hədəfləyər.
Bu çərçivədə Manjaro Linux, bəsitlik və asanlıq fəlsəfəsini Arch Linux ilə kombinasiya edərək, bütün desktop idarəçilərilə istifadəçilərin xidmətinə çatar. 
Avstriya, Fransa, Almaniya və Türkiyədə inkişaf etdirilən Manjaro, istifadə rahatlığı və istifadəçinin istədiyi hərşeyə əlinin çatmasına fokuslanan Arch Linuxun bütün faydalarını istifadəçiyə çatdırmağı hədəfləyir. Həm 32, həm də 64 bit versiyaları mövcud olan Manjaro, yeni linux istifadəçilərilə bərabər təcrübəli istifadəçilər üçün də uyğundur.
Manjaro Linux yeni istifadəçilər üçün asan bir interfeys ilə qurulur və qurulduğu anda hər hansı bir əlavə prosesə ehtiyac duymadan istifadəyə hazırdır.

Rahatlıqlarından əsasları:
- Bilinən bütün desktop idarə sistemlərini ehtiva etməsi,
- Sistemi asan şəkildə yükləmək, yeniləmək üçün qrafik interfeys programları ehtiva etməsi,
- Bütün multimedia fayllarını oxuda bilmək üçün bilinən bütün kodeksləri ehtiva etməsi.

Xüsusiyyətləri:
Manjaro, Arch Linuxun bütün xüsusiyyətlərini ehtiva edir, bunlardan əsasları:
- Sürətli, məhsuldar və güclüdür,
- Ən yeni proqramlara əlimizin çatması,
- Hər zaman yenilənən diyirlənən versiya (rolling release),
- AUR (Arch User Repostory – Arch İstifadəçi Cəmiyyət Bazası) bazalarına giriş edə bilmək,
- Şəxsi zövqlərə və seçimlərə görə qurdurula bilinən bir sistem.

Bundan başqa, bəsitləşdirilmiş istifadəçi dostu bir yükləmə, bütün avadanlıqları avtomatik axtarmaq və qurmaq xüsusiyyəti (mhwd), sistem üçün vacib bir çox proqramın hazır gəlməsi, qərarsız, test və qərarlı bazaları istifadə edərək lazımi paketləri sizə çatdırması, kernelin asan yüklənişi və s.

Özünəməxsus alətləri də bunlardır:
MHWD
MSM
Turbulence
Octopi
PAMAC
MANJAROISO
THUS
CALAMARES
MANJARO-CLI
MANJARO WELCOME
MANJARO IRC
MANJARO TOOLS

 


Home page: https://manjaro.github.io/
Documentation https://wiki.manjaro.org/index.php?title=Main_Page
Download https://manjaro.org/get-manjaro/
Forum https://classicforum.manjaro.org/

blog comments powered by Disqus