Red Star

Son yenilənmə tarixi : 7 Avqust 2019

Based Red Star
Last Release 4.0
Category Desktop
Package Manager

Linux - Red Star Əməliyyat Sistemi.

Xüsusilə ABŞ qaynaqlı əməliyyat sistemlərinə etibar edə bilməyən ağır rejimli dövlətlərin, zamanla açıq qaynaq bazalı şəxsi əməliyyat sistemini inkişaf etdirməyə başladığını görürük. Şimali Koreyanın inkişaf etdirdiyi Linux bazalı Red Star əməliyyat sistemi, ən az elə o ölkənin özü kimi qapalı bir sistemi ehtiva edir.
Red Star əməliyyat sistemini incələyən araşdırmaçılar, platformanın çox maraqlı xüsusiyyətlərini ortaya çıxarmışlar. Misal üçün, sistem fayllarında dəyişiklik, yəni bəzi modifikasiyalar etmək istədiyinizdə komputer özünə restart əmri verir və sistem sönüb yenidən açılır və əsla icazə vermir. Yaxud bir USB flaşkart taxdığınız zaman faylları işarələyir və beləcə izləməyə başlayır. 
Anti-virus və internet brauzeri daha da maraqlı, belə ki istifadəçini birbaşa uzaq serverlərə yönləndirir. Beləcə istifadəçi internetdə gəzərkən, sosial şəbəkələrdən istifadə edərkən vəya anti-virus axtarışı etmək istərkən, dövlətin vəzifəli şəxsləri də arxa planda onlara yoldaşlıq edir. Xüsusiləşdirilmiş bir şifrələmə sistemi ilə NSA kimi qurumların sızmasının qarşısına keçilir. Red Star OS, rəsmi qurum və quruluşlar ilə təhsil qurumlarının komputerlərində istifadə ediləcək.
Red Star OS ehtimal olunur ki Linux distributivləri içərisində ən təzyiqçi və ən məhdud versiya olması ilə tarixə keçəcək. Bununla bərabər Çin və Rusyada da bənzər çalışmalar var. Bu ölkələrin inkişaf etdirdiyi əməliyyat sistemləri də Red Star OS-dən çox da fərqli olmayacaqdır. Yeni əməliyyat sistemi anlayışı başqa hansı ölkələrdə özünə yer tapacaq maraqlıdır...


Home page: https://en.wikipedia.org/wiki/Red_Star_OS
Documentation http://www.openingupnorthkorea.com/downloads-2
Download http://www.openingupnorthkorea.com/downloads-2
Forum http://www.openingupnorthkorea.com/downloads-2

blog comments powered by Disqus