Kali Linux

Son yenilənmə tarixi : 7 Avqust 2019

Based Debian
Last Release 2019.2
Category Desktop
Package Manager

KALİ LİNUX...
Linux sahəsilə maraqlanan insanların demək olar ki hamsı bu əməliyyat sistemi haqqında az da olsa eşitmiş, görmüş, kiçik bir məlumat sahibidir. Xüsusilə hacking ilə maraqlananların ən başda rastlaşdıqları əməliyyat sistemi də deyə bilərik. Bu sistem haqqında xülasə edilmiş məlumatı da sizinlə paylaşmaq istədik...

Kali, Linux Debian bazalı, CD/DVD-dən işə salına bilən xüsusiyyətli BackTrack qurucuları tərəfindən 2013cü ildə ərsəyə gətirilmiş olan bir təhlükəsizlik nəzarət sistemidir. Offensive Security Ltd. Vasitəsilə Mati Aharoni, Devon Kearns və Raphael Hertzog tərəfindən təkmilləşdirilməkdə və maliyyələşdirilməkdədir. İçərisindəki alətlər sayəsində bir çox sahədə (şəbəkə, əməliyyat sistemləri, Arduino və s.) təhlükəsizlik testləri etmək və program təkmilləşdirmək mümkündür. Desktop şəraiti olaraq BackTrackdəki kimi KDE seçimi yoxdur, 32 bit (i386), ARM və Armel struktur dəstəyi də var. Sadəcə GNOME desktop interfeysi istifadə seçimi vardır. Üstəlik 64 bit (amd64), 32 bit (i386), ARM və Armel struktur dəstəyi də var.

Təkmilləşmə...
Kali Linux, Armitage (interfeysli bir kiber hücum aləti), nmap (bir port skaneri), Wireshark (paket analizatoru), John the Riper (şifrə qırıcı), Aircrack-ng kimi (daxil olmaqla 300dən artıq test proqramı ilə təchiz edilmişdir) müxtəlif alətlərdən və naqilsiz LAN-lar üçün bir test program paketi olan Burp suite və OWASP ZAP kimi (hər ikisi də web təhlükəsizlik skanerləridir) programlardan meydana gətirilmişdir.

Kali Linux, komputerlərin sərt diskinə yüklənə bilinər, bir CD vəya USB-dən live olaraq işə salına bilinər. Hətta virtual maşınlarda belə qurulub, istifadə oluna bilinər. 
Kali Linux, Debian əsaslıdır. Kalinin istifadə etdiyi paketlərin çoxu Debian program qaynağından əldə edilir. 
Kali Linux, BeagleBone Black, HP Chromebook, CubieBoard 2, CuBox, CuBox-i, Raspberry Pi, EfikaMX, Odroid U2, Odroid XU, Odroid XU3, Samsung Chromebook, Utilite Pro, Galaxy Note 10.1 və SS808 üçün də hazır halda mövcuddur. 
Kali Linux NetHunterin gəlişi ilə Nexus 5, Nexus 6, Nexus 7, Nexus 9, Nexus 10, OnePlus One və bəzi Samsung Galaxy modelləri kimi smart telefonlar üçün də hazırlanmışdır.

Kali Linuxun sahib olduğu alətləri qısaca bu şəkildə sinifləndirə bilərik:

- Yenidən məlumat əldə etmək,
- Qeyri-qanuni istifadə alətləri (exploitation tools),
- Axtarış alətləri (scanners),
- şifrə hücum alətləri,
- Aldatma (spoofing) və “qoxulama” (sniffing) alətləri,
- Naqilsiz hücum alətləri,
- Hüquqi alətlər,
- Cihaz qırıcılar,
- Backtrack xidmətləri,
- Tərsinə mühəndislik və s.

 


Home page: https://www.kali.org/
Documentation https://www.kali.org/kali-linux-documentation/
Download https://www.kali.org/downloads/
Forum http://forums.kali.org/

blog comments powered by Disqus