Ubuntu

Son yenilənmə tarixi : 7 Avqust 2019

Based Debian
Last Release 19.04.1 LTS
Category Desktop
Package Manager

 Ubuntu ("insanpərvərlik", "humanizm") — Debian layihəsi əsasında yaranmış, Linux nüvəsini istifadə edən əməliyyat sistemidir. Əsas yaradıcı və sponsor Canonical şirkətidir. Hal-hazırda layihə azad cəmiyyət tərəfindən aktiv inkişaf etdirilir və dəstək edilir. Bu ad Cənubi Afrikada mövcud olan Ubuntu fəlsəfəsi (başqalarına qarşı humanizm) şərəfinə qoyulub.

Distrubitivin adi yeni veriyası 6 aydan bir çıxır və 18 ay ərzində təhlükəsizlik yenilənmələri ilə dəstək edilir. LTS versiyası isə 2 ildən bir çıxır və 3 il ərzində dəstək edilir (server veriyası — 5 il).

Ubuntu server və iş stansiyaları üçün ilkin yığılmış proqram təminatı ilə təchiz edilir. Ubuntu CD və ya DVD-daşıyıcı istifadə edərək LiveCD və ya mətn sehrbazı vasitəsilə masaüstü fərdi kompyuterlərə yazılır. LiveDVD versiyası daha böyük proqram təminatı tutumuna malikdir. Tərkibinə tam lokalizasiyadan tutmuş sistem bərpasına qədər müxtəlif köməkçi proqramlar daxildir.

Əməliyyat sisteminin həmçinin i386, amd64, ARM tipli arxitekturaların da rəsmi dəstəyi mövcuddur. Bundan əlavə 2013-cü ildən ARM və x86 arxitekturasında olan smartfonların xüsusi Ubuntu versiyası yaradılmağa başlanılmışdır.

 Tarix

20 oktyabr 2004-cü ildə Ubuntu ilkin olaraq Debianın budağı kimi 6 aydan bir yeni versiyası çıxan əməliyyat sistemi idi. Debianın digər qollarından (Xandros, Linspire, Libranet) fərqli olaraq Ubuntunu yaratmış Canonical şirkəti Debian fəlsəfəsinə sadiq qalaraq əməliyyat sisteminə azad proqram təminatı daxil edirdi.

Ubuntu paketləri əsasən Debianın qeyri-stabil paketləri üzərində qurulur. Ubuntu paketləri yazmaq üçün Debiana məxsus Advanced Packaging Tool-dan istifadə edir. Buna baxmayaraq Debian və Ubuntu paketləri mütləq olaraq bir-biri ilə uyğun deyil. Ubuntu-nun bəzi yaradıcıları həm də əsas Debian paketləri ilə də məşğul olurlar. O üzdən hər-hansı layihədə dəyişiklik edəndə, digərinə də edirlər. Ancaq 2005-ci ilin aprel ayında Debian əməliyyat sisteminin yaradıcısı Yan Merdok Ubuntu-nu Debian paketləri ilə uyğunsuzluqda tənqid edərək birincinin "Debian Sarge"-dən çox uzaqlaşdığını deyir.

Ubuntu indiyə kimi Mark Şattlvort və onun şirkəti – Canonical tərəfindən vəsaitlə təmin olunur. 8 iyul 2005-ci ildə Canonical şirkəti Ubuntu Fondunun yaradıldığını elan edir və onu 10 milyon dollar ilkin kapital ilə təmin edir. Fondun məqsədi Ubuntu-nun gələcək versiyalarının dəstəyi və inkişafına zəmanət etməkdir. Ancaq 2009-cu il üçün fond işləksizdir. Şatlvort bunu fondun qara gün üçün saxlandığı ilə izah edir.

Ubuntu layihəsinin orijinal adı no-name-yet.com olub


 

 Üstünlükləri

Ubuntu 10.04 Lucid Lynx

Ubuntu istifadədə asanlıq və rahatlığa yönələrək hazırlanılıb. O özündə geniş yayılmış "sudo" utilitini istifadə edir. Bu sistemdə potensial təhlükəli superistifadəçi sessiyasını buraxmadan inzibati tapşırıqları yerinə yetirməyə imkan verir. Bundan əlavə Ubuntu inkişaf etmiş beynəlmiləşmişliyə malikdir. Belə ki, əməliyyat sistemi 5.04 versiyasından defolt olaraq UTF-8 kodlaşdırmasından istifadə edir və çoxlu sayda dil qruplarına geniş imkanlar verir.

Ubuntu-nun işləməsi üçün 256 M RAM, sərt diskdə isə 4 GB boş yer lazımdır. Ubuntu əməliyyat sistemi bir çox qrafik qabıqları dəstəkləyir. Defolt olaraq GNOME qrafik qabığı ilə yayılır. GNOME azad, sadə və intuitiv interfeysə malik olub, geniş diapazonda müasir masaüstü proqramlarla yayılır. GNOME-a daxil olan proqramlardan başqa Ubuntu əlavə olaraq OpenOffice.org, Mozilla Firefox kimi proqramlarla təchiz olunub.

6.06 və daha sonrakı versiyalar LiveCD ilə CD sehrbazını bir kompakt-diskdə birləşdirir. Bu disk əməliyyat sistemini sərt diskə yazmadan onu açaraq, içindəki proqramlara nəzər yetirməyə, aparat vasitələrinin dəstəklənib-dəstəklənmədiyini öyrənməyə imkan verir. Əgər sistem bəyənilsə qrafik sehrbaz "Ubiquity" vasitəsilə elə LiveCD-dən əməliyyat sistemini yazmaq olar. Yazılma prosesi "canlı" iş masasında yaradılan sənədləri saxlayır. Bundan əlavə endirim üçün alternativ sehrbaz debian-installer-də var. O sistemi daha dərindən tanıyan üçün, çoxlu sistem yazan və çətin disk bölümünü həyata keçirən inzibatçılar üçün nəzərdə tutulub. Bura həmçinin 192 meqabayt operativ yaddaşdan az LVM və RAID-lər də daxildir. Distrubitivə həm də USB Flaş-disk yükləməsini yaradan proqram daxildir. Bu USB Flaş-disk LiveCD və CD sehrbazının malik olduğu bütün imkanlara malikdir. Bu xüsusiyyət adətən netbuklar üçün yararlıdır.

İstifadəçi interfeysi ilkin versiyalarda defotl olaraq qəhvəyi və narıncı rəngində olurdu. Əməliyyat sistemi ubuntu-calendar adlı əlavə proqram vasitəsilə hər ay qəhvəyi mövzular endirir. Ubuntu interfeysində 10.04 versiyasından re-brend aparılıb: emblem dəyişilib, rəng qamması qəhvəyi və narıncıdan qara və bənövşəyiyə dəyişilib. Bəzi istifadəçilərin fikrinə görə Ubuntu-nun yeni interfeysi Mac OS X interfeysini xatırladır.

 Buraxılışlar

Hər reliz il və ay buraxılışına əsaslanan öz kod adına və veriyasına malikdir. Kod adları iki ingilis sözündən ibarət olur: adətən bu eyni hərflə başlayan heyvan adı olur. 6.06 Dapper Drake-dən başlayaraq (LTS) kod adının birinci hərfləri latın əlifbasına uyğun olaraq dəyişir


 

16.10 Yakkety Yak[94] 2016-10-13[95] 2017-07-20[96]
17.04 Zesty Zapus 2017-04-13[97] 2018-01-13[98]
17.10 Artful Aardvark 2017-10-19[99] 2018-07-19[100]
18.04 LTS Bionic Beaver 2018-04-26[101] 2023-04[20]
18.10 Cosmic Cuttlefish[102] 2018-10-18[103] 2019-07
19.04 Disco Dingo 2019-04-18[104] 2020-01
19.10 Eoan Ermine[105] 2019-10-17[106] 2020-07

 

 

 

 

 

 

 

Şərti işarələr:

dəstəklənmir

yalnız server veriyası
dəstəklənir

dəstəklənir

hazırki versiya


 

LTS (ing. Long Term Support hərfiynən "uzun müddət ərzində dəstək") kimi işarələnən buraxılışlar Canonical tərəfindən daha çox dəstək edilir. Yenilənmə paketləri istifadəçi versiyaları üçün üç, pullu texniki dəstək ilə serverlər üçün isə beş il təşkil edir. Sonrakı LTS versiyasına qədər periodik olaraq hazırki versiayaya eyni adlı kod adı ilə müxtəlif yenilənmələr buraxılır. Dapper Drake 6.06 versiyası üçün iki belə yenilənmə buraxılıb; Hardy Heron 8.04 versiyası yarım ildə bir dəfə çıxır. Artıq dörd 8.04 yenilənməsi çıxıb. 8.04 üçün növbəti yenilənmə gözlənilmir. Hazırki LTS buraxılış Ubuntu 14.04 Trusty Tahr adlanır.

10.04 Lucid Lynx versiyası üçün 4 yenilənmə çıxıb. Sonuncu ISO təsvir 10.04.4 versiyasına malikdir. 12.04 versiyasının dəstəklənməsi yeni təsvirlərin çıxmağı ilə bərabər qüvvədə saxlanılacaqdır.(12.04.5 və daha yuxarı aprel ayının 2017-ci ilinə qədər). 13.04 Raring Ringtail versiyasından başlayaraq siravi (LTS olmayan) relizlərin dəstəyi 18 ay əvəzinə 9 aya endirilib.

Ubuntu və onun variantlarını internetdən endirmək və ya ShipIt xidməti vasitəsilə disk formasında əldə etmək olar.


 

 Paketlər və dəstək

Ubuntu 10.04 LTS LiveCD rejimi

Ubuntuda bütün proqram təminatı komponentlər adlanan dörd hissəyə bölünür. Bu lisenziyada fərqi və mümkün dəstəyin mərhələsini qiymətləndirmək üçündür.

Paketlər komponentlər üzrə aşağıdakı kimi bölüşdürülür:

Ubuntu

Azad PT

Qeyri-azad PT

Dəstəklənən

Main

Restricted

Dəstəklənməyən

Universe

Multiverse

Main və Universe Ubuntu lisenziyası tələblərinə tam cavab verən proqram təminatları təşkil edir.

Ubuntu üçün yaradılan qeyri-azad proqram təminatlı paketlər adətən dəstəklənmir ancaq burada müəyyən istisnalar (Restricted) da mövcuddur. Bu istisnalara müəyyən qeyri-azad drayverlər aiddir ki, bu əlavələrsiz istifadəçilərin sistemdə fəaliyyəti aşağı düşə bilər. Bu cür istisnalara xüsusilə qrafik drayverlər aiddir (məsələn nVidia və ya ATi drayverləri). Dəstək səviyyəsi Main-lə müqayisədə olduqca aşağıdır. Çünki yaradıcıların mənbə kodlarına girişi məhdud ola bilər.

Proqram təminatı propritiar olsa da yayılmağa məhdudiyyət olmadıqda Multiverse repozitoruna daxil olunur. Məsələn Multiverse "Ubuntu-restricted-extras" paketinə malikdir ki, bu da adətən propiritiar multimediya kodekləri Adobe Flash-plaqini, JRE və ya Windows şriftlərinə malik olur.

Bəzi proqram təminatı isə ümumiyyətlə Ubuntu ilə yayılmır:

  • Content Scramble System oynadan proqram təminatı.

  • Windows Media kimi proprietiar multimediya formatlarının kodlaşdırılması və dekodlaşdırılması üçün kitabxanalar.

Bu və bəzi digər paketlər qeyri-rəsmi repozitor mənbəsində tapmaq mümkündür: Medibuntu.

EasyUbuntu və Automatix tipli, qeyri-rəsmi avtomatik yazılma və nizamalama proqram təminatları da həmçinin Ubuntunun rəsmi paketlərinə daxil deyil.

Ubuntu qıraq propritiar proqram təminatı üçün sertifikasiya sisteminə malikdir. Bu sistem Canonical tərəfindən Partner adlandırılır və onun tərəfindən nizamlanaraq paketlərə əlavə edilir.

Multiverse paketləri yayılmağa məhdudiyyətdə olduğu halda "Partner"-a daxil olan proqram təminatı Canonical-ın istifadəyə icazə aldıqları daxildir.

Hazırda bu repozitorluğa Adobe Reader, Adobe Flash Player, Oracle Java, Skype və bəzi digər paketlər daxildir.


 

 Ubuntu üzərində hazırlanmış Linux distributivləri

Kubuntu 10.10 əsas menyusu

Edubuntu

Xubuntu


 

Ubuntu nişanının istifadə qaydalarına əsasən, Canonical şirkəti Ubuntu üzərində qurulmuş 2 növ distibutiv tanıyır:

  • Ubuntu üzərində hazırlanmış distiburiv (Ubuntu Derivative Distribution): Ubuntu-dan gözə çarpan fərqlərə malik distributiv. Bunlardan yalnız Canonical tərəfindən rəsmi statusu almış distributivlər dəstək edilir. Digərləri üçün Canonical məsuliyyət daşımır və onların Ubuntu ilə uyğunluğuna zəmanət vermir.

  • Ubuntu yığımı (Ubuntu Remix): Ubuntu üzərində yığılan və ondan gözə çarpan fərqliliyə malik olmayan distributiv. Fərq proqram yığımı, nizamlamada və sair bu kimi xüsusiyyətlərdə ola bilər. Bu statusun alınması üçün vacib şərtlərə daxildir: Ubuntu ilə tam uyğunluq, repozitorluqda olan rəsmi paketlərin istifadəsi, distributivin qeyri-kommersiya məqsədi daşıması və sair. Yığım mütləq olaraq öz adında Ubuntu və Remix sözlərindən istifadə etməlidir. Məsələn: Ubuntu Wiki Remix.

 

 

Distributiv

Təsvir

Qrafik qabığı

Kubuntu

KDE iş masası defolt olan Ubuntu distributivi. Canonical tərəfindən rəsmən dəstəklənir.

KDE

Xubuntu

XFCE masası defolt olan Ubuntu distributivi (zəif kompyuterlər üçün). Canonical tərəfindən rəsmən dəstəklənir.

Xfce

Gobuntu

Yalnız azad komponentlərə malik Ubuntu distributivi. Canonical tərəfindən dəstək edilirdi. Hal-hazırda layihə qapalıdır.

GNOME

Edubuntu

Təhsil ocaqları üçün yaradılan Ubuntu distributivi. Canonical tərəfindən rəsmən dəstəklənir.

GNOME

Ubuntu Studio

Mediastudiyalar üçün yaradılan Ubuntu distributivi. Canonical tərəfindən rəsmən dəstəklənir.

GNOME

CrunchBang

Ubuntu minimal sehrbazı bazasında qurulmuş distributiv. Yüksək sürət və funksionallığı özündə birləşdirmək məqsədi ilə yaradılıb

Openbox

Linux Mint

Ubuntu üzərində qurulmuş distributiv. Çoxlu mediya-kodeklərin yazılması ilə fərqlənir.

Müxtəlif

nUbuntu

Şəbəkə təhlükəsizliyini analiz etmək üçün distributiv.

xwindow

Aurora

ASUS EEE PC üçün distributiv.

xwindow

OpenGEU

Enlightenment yügnül pəncərə menecerini istifadə edən distributiv.

Enlightenment DR17

Lubuntu

DE istifadə edən distributiv.

LXDE

Sabily

Müsəlmanlar üçün yaradılmış Ubuntu distributivi.

GNOME


 

Yuxarıda göstərilən bütün əməliyyat sistemləri bu və ya digər formada Ubuntu üzərində hazırlanıb.

 



 

 İnkişafı

Belçikadakı sammitdən foto

Ən-ənəvi olaraq proqram təminatı yaradıcıları "Ubuntu Developer Summit" keçirib əməliyyat sisteminin gələcək perspektivləri haqda müzakirələr aparırlar. Bu cür görüşlərdən ən mühümü sonuncu Ubuntu çıxmamışdan bir müddət əvvəl baş tutdu.

Ubuntu əməliyyat sisteminin yeni inkişaf sikli başlamamışdan bir az əvvəl bü samit keçirilərək gələcək inkişaf forma və sferası müəyyənləşdirilir, müzakirələr aparılır. Sammit bütün ictimaiyyətə açıqdır. Ancaq "Ubuntu Developer Summit" konfrans, sərgi və ya auditoriya üçün hesablanmamış, Ubuntu yaradıcıları və onun inkişafında əməyi olanların sırf birgə görüşü, müzakirə xarakteri daşıyır. Sammit istənilən kəsə açıq elan olunsada, orada iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək və mehmanxana problemlərini həll etmək lazımdır. Sammmitlər adətən AvropaABŞ, həmçinin Okeaniya şəhərlərində keçirilir.

 Məqsəd

Canonical iddia edir ki, Ubuntu istifadəçiyə azadlığı zəmanət verir (klassik tərifdə Free Software Foundation). Bu, ruhən GPL-i xatırladan deklarasiya onun manifestində (ictimai oferta, ing. "the Ubuntu promise") yer alıb. Ancaq yuxarıda qeyd edildiyi kimi Ubuntu əməliyyat sistemi bazasında qurulan müəyyən digər distributivlər özündə qeyri-azad dekoderləri də birləşdirə bilər.

İstifadəsi

  • 2007-ci ildə Fransa parlamenti Windows XP əməliyyat sistemindən Ubuntu istifadəsinə keçir. 2008-ci ildə fransız polisinin istifadə etdiyi 70 min kompyuterin də planlı şəkildə Ubuntu-ya keçəcəyi haqda xəbərlər yayılıb.

  • İspaniyada (2008-ci ildəki vəziyyətə görə) təhsil ocaqlarında 400 min kompyuterə Ubuntu əməliyyat sistemi yazılıb.

  • Ubuntu GürcüstanMakedoniya Respublikası orta məktəblərinin bütün kompyuterlinə yazılıb.

  •  Google korporasiyasında işçilər Ubuntu əsasında hazırlanmış Gobuntu əməliyyat sistemindən istifadə edirlər.[92]

  • Ubuntu Vikipediya layihəsinin serverlərində əsas əməliyyat sistemi kimi istifadə edilir.

  • 2009-cu il oktyabr ayına görə Ubuntu-dan dünyada 12 milyon istifadəçi istifadə edir.

 Sistem tələbləri

Ubuntu-nun masaüstü versiyası Intel x86, AMD64 və ARM arxitekturalarını dəstəkləyir. Bəzi server-buraxılışları SPARC arxitekturasını da dəstəkləyir. Ubuntu həmçinin qeyri-rəsmi PowerPC, IA-64 (Itanium) и PlayStation 3 arxitekturalarını da dəstəkləyir.

Minimal tələblər

Server

İş masası

Prosessor (x86)

300 MHz

1 GHz

Yaddaş

128 MiB

512 MiB

Sərt disk (boş sahə)

1 GB

5 GB

Monitor ölçüsü

640×480

1024×768


 

Həmçinin bax


Home page: https://www.ubuntu.com/
Documentation https://help.ubuntu.com/
Download https://www.ubuntu.com/download
Forum http://askubuntu.com/

blog comments powered by Disqus